“Malyorka” azarkeşləri “Barselona”nı təhqir ediblər

“Barselona” La Liqanın 1-ci turunda səfərdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, matç zamanı “Malyorka” azarkeşləri Kataloniya klubuna qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Birinci hissənin sonunda onlar “Barselona”nın azarkeşi olmaq – axmaq olmaq deməkdir” və “Puta “Barça!” (ispanca “puta” sözü “qa…cıq” mənası verir) ifadələrini qışqırıblar.

La Liqa rəhbərliyi bu hadisə ilə bağlı İspaniya Krallığının Futbol Federasiyasına şikayət göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right