İngiltərə klubu “Milan”ın hücumçusu ilə anlaşıb

“Milan”ın hücumçusu Noa Okafor karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, isveçrəli futbolçu “Lids” tərəfindən maraq dairəsinə düşüb.

İngiltərə klubu Okafor üçün “Milan”a 20 milyon avro təklif edib. Klub artıq oyunçu ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib. Keçidin baş tutması halında Okafor yeni klubu ilə dörd illik müqavilə imzalayacaq.

25 yaşlı hücumçu son mövsümün ikinci yarısını icarə əsasında “Napoli”də keçirib. O, ümumilikdə 21 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right