Dünya çempionatı üçün yeni format

FİFA rəhbərliyi klublararası dünya çempionatının formatını yenidən dəyişmək imkanını nəzərdən keçirir. 

Newsport.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, FİFA 2029-cu ildən başlayaraq yarışın iki ildən bir keçirilməsini və iştirakçıların sayının 32-dən 48 komandaya artırmağı düşünür. Yarışa bir ölkədən 2-dən çox klubun qatılmasına icazə verilməsi də müzakirə olunur.

Bildirilib ki, beynəlxalq təqvim onsuz da yükləndiyi üçün iyun ayında milli komandaların yoxlama oyunlarının 
ləğvi ideyası var. Konkret olaraq UEFA-dan Millətlər Liqasının təqviminə düzəliş etmək tələb olunacaq.

Xatırladaq ki, 2025-ci ilin yayında ABŞ-da 32 komandanın iştirakı ilə yeni formatda keçirilən çempionatın qalibi PSJ-ə qalib gələn (3:0) "Çelsi" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right