"Qalatasaray"dan "Spartak"a

"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi “Spartak”a keçə bilər.

Rusiya klubunun rəhbərliyi 26 yaşlı futbolçunun keçidinin razılığını alıb. Yaxın günlərdə bu futbolçu Moskvaya yollanaraq, “Spartak”ın düşərgəsinə qoşulacaq.

2025-ci il fevralın 5-də “Qalatasaray”la müqavilə imzalamış Kuesta 2028-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

O, karyerası ərzində “Atletiko Nasional”, “Genk” komandalarının üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right