"Fənərbaxça"nın futbolçusuna İtaliyadan təklif

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder İtaliyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, "Bolonya" türk vingeri heeyətinə qatmaq istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Cengizi icarəyə götürməyə çalışır. "Bolonya" 28 yaşlı oyunçunun maaşının yarısını ödəməyə hazırdır. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Los Anceles"də keçirib. O, daha əvvəl İtaliyada "Roma"nın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right