Türkiyə millisinin üzvü La Liqanı Bundesliqaya dəyişdi

"Valensiya"nın müdafiəçisi Cenk Özkaçar karyerasını Almaniyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Köln" türkiyəli futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü 2025/2026 mövsümündə Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Valensiya" Cenk Özkaçarı 2022-ci ilin yayında "Lion"dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm icarə əsasında "Valyadolid"in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right