"Çelsi" onu komandada düşünmür

"Çelsi" artıq Nikolas Ceksonu komandada düşünmür. Cekson və Kristofer Nkunku bu gün keçirilən "Bayer"lə yoldaşlıq oyununda "zadəganlar"ın heyətinə daxil edilməyiblər.

Newsport.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, hər iki futbolçunun komandadan ayrılması gözlənilir.

İnsayderin sözlərinə görə, 24 yaşlı hücumçunun London klubundakı vaxtı artıq başa çatıb.

Bundan əvvəl Ceksonun "Nyukasl", "Mançester Yunayted" və "Milan"a təklif olunduğu məlum olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right