“Yuventus”un baş məşqçisi İqor Tudor bütün komandanı şam yeməyinə dəvət edib.
“La Gazzetta dello Sport”un məlumatına görə, futbolçular və məşqçilər Nürnberqdəki Asiya mətbəxi restoranına gediblər. Onları həmçinin baş direktor Mauritsio Skanavino, direktor Fransua Modesto və komandanın rəhbəri Matteo Fabrise müşayiət edib.
Şam yeməyinə yay transfer pəncərəsində başqa klublara keçə biləcək futbolçular da qatılıb. Bunlar Duqlas Luiz, Artur Melo, Duşan Vlahoviç, Nikolas Qonzales və Tiaqo Djalodur.
“Yuventus” hazırda Almaniyada mövsümöncəsi təlim-məşq toplanışındadır və avqustun 10-da Dortmund “Borussiya”sı ilə yoldaşlıq görüşü keçirəcək.