Sabiq "Qalatasaray"lı İraq klubunda

"Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli karyerasını İraqda davam etdirəcək.

Newsport.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Amanat Bağdad"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Sofia Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib və 126 oyuna 25 qol vurub. Onun son klubu 2024-cü ilin yayında ayrıldığı "Fatih Karagümrük"  (Türkiyə) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right