“Roma” müdafiəçisini icarəyə verdi

“Roma” klubunun müdafiəçisi Saud Abdulhamid Fransanın 1-ci Liqa təmsilçisi “Lans”a icarəyə verilib.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.

Səudiyyə Ərəbistanından olan arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 10 oyunda 1 qola və məhsuldar ötürməyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right