İspaniya La Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, , ardıcıl uğursuzluqların ardından "Valensiya”nın baş məşqçisi Nuno Espirito Santo istefaya göndərilib. O, La Liqanın XIII turu çərçivəsində "Sevilya”ya məğlubiyyətdən sonra (1-0) komandadan göndərilib.
Qeyd edək ki, "Valensiya” Nunonun başçılığı altında 13 oyundan sonra 19 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.