Bu gün Sportnet.az internet nəşrinin fəaliyyətə başlamasından 7 il ötür.
Newsport.az-ın məlumatına görə, sayt 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi oxucularla görüşə gəlib. Çətin dövrə təsadüf etsə də, Sportnet.az ötən müddətdə sabit fəaliyyətini qorumağı bacarıb.
Sportnet.az bütün növlər üzrə ölkədaxili və beynəlxalq yarışları işıqlandıırır, Azərbaycan idmanının təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. İnternet nəşrində mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlanır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər yer alır.
İdmandan əlavə, ötən il 44 günlük Vətən müharibəsi zamanı da Sportnet.az oxucuları daim operativ xəbərlərlə məlumatlandırıb, Ordumuzun zəfər yolundan yazlıar dərc edib.
Newsport.az 7 yaşı münasibətilə "Sportnet"i təbrik edir, yaradıcılıq uğurları arzulayır.