Nüfuzlu Bakı "Böyük Dəbilqə" turnirində 3-cü, sonuncu yarış günüdür.
Newsport.az-ın məlumatına görə,bu gün Azərbaycan yığmasının 11 üzvü üç - 90, 100 və +100 kq çəki dərəcəsində mübarizə aparacaq.
90 kq
Məmmədəli Mehdiyev misirli Hətəm Abd El Axer ilə qarşılaşıb və onu məğlub edib. Növbəti rəqib polyak Pyotr Sexomskidir. Onu da məğlub edən cüdoçumuz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə o, rus Kiril Denisovla qarşılaşır. Təəssüf ki, idmançımız bu görüşdə məğlub oldu və yalnız təsəlliverici görüşlərdə iştirak hüququ qazandı.
O, ilk görüşündə alman Mark Odentalla qarşılaşıb və onu məğlub edib. Bürünc medal qazanmaq üçün həmyerlimiz fransız Aksel Klergeni yenməli idi. Ancaq təəssüf ki, cüdoçumuz bu mübarizədən məğlub ayrılıb.
Firudin Dadaşov alman Mark Odentalla üz-üzə gəlib və ilk görüşdəcə məğlub olub.
Tural Safquliyev monqol Qantulqa Altanbaqanaya uduzub.
100 kq
Cəlil Şükürovun ilk rəqibi macar Mikloş Siryeniç olub. Təəssüf ki, idmançımız görüşü məğlub tərk edib.
Zelim Kotsoyev isə britaniyalı Benjamin Fletçerlə bacarmayıb.
Elxan Məmmədov ilk mərhələdən azaddı. Sonrakı rəqib gürcü Beka Qviniaşvili olub. Təəssüf ki, təcrübəli cüdoçumuz görüşü məğlub tərk edib.
Kənan Abdullaxanlı isveçli Martin Patsekə məğlub olub.
+100 kq
Nadir Hüseynov braziliyalı David Moura ilə üz-üzə gəlib və təəssüf ki, tatamini məğlub tərk edib.
Uşanqi Kokauri belçikalı Benjamin Harmenyeslə görüşdən qalib ayrılıb. Növbəti rəqib ukraynalı Yakiv Xammodur. Təəssüf ki, bu görüşdə cüdoçumuz uduzub.
Ayxan Cəfərov isə rus Andrey Volkova məğlub olub.