26 paralimpiyaçımız qran pri turnirinə yola düşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası bu gün Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşüb.

Newsport.az-ın məlumatına görə, atletika üzrə paralimpiya milli komandamız 16-21 mart tarixində Dubayda keçiriləcək 8-ci “FƏZZA” Qran-Pri turnirinə qatılacaq.

Rio-2016 Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq.

Onlar arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda dünya rekordçusu var.

Xatırladaq ki, paralimpiyaçılarımız Brazilyada keçiriləcək yay paralimpiya oyunlarına bu günə qədər 16 lisenziya qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right