“Bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik” – Azad Rəhimov

“Azərbaycan 2016 formula-1 Avropa qran-prisinin bilet satışından 3-4 milyon manat gəlir əldə edəcək”.

Newsport.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, yarış üçün 30 min bilet satışa çıxarılıb:

“Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsiylə start verilib. Satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir. Satışlar davam edir və işlər tam qaydasında gedir”.

Nazir xarici və yerli vətəndaşların yarış üçün bilet əldə etməsinə heç bir məhdudiyyət qoyulmadığını qeyd edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right