Azərbaycanlı karateçilər beynəlxalq turnirdə 23 medal qazanıb

Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.

Bu barədə Newsport.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right