Karateçilərimiz Qazaxıstanda 13 medal qazandılar

Qazaxıstanda karate-do idman növünün WKF versiyası üzrə “Aktau kuboku” beynəlxalq turniri keçirilib.

Newsport.az-ın məlumatına görə, yerli idmançılala yanaşı, Azərbaycan, Gürcüstan, Qırğızıstandan 400-dən artıq karateçinin qatıldığı turnirdə 6-18 yaşadək və böyüklər arasında yarışlar keçirilib.

Azərbaycanlı idmançılar turnirdə uğurla çıxış ediblər. Fərdi yarışlarda Firdovsi Fərzəliyev, Rəfael Ağayev, Ayxan Mamayev, Şahin Atamov və İnci Əzimova öz çəki dərəcələrində turnirin qalibləri olublar.

Renata Ələkbərli, Elvin Əhmədli, Pənah Abdullayev, Orxan Heydərli və Murad Hacızadə ikinci yeri, Tural Ələkbərli, Turqut Həsənov və Əli Cəfərov üçüncü yeri tutublar.

Məşqçi Elnur İbrahimin rəhbərliyi ilə çıxış edən idmançılarımız ümumilikdə beş qızıl, beş gümüş və üç bürünc medal qazanıblar. Beləliklə, “Azərbaycan-1” kollektivi böyüklər arasında komanda yarışlarında birinci olub. “Azərbaycan-2” komandası isə üçüncü yerə çıxıb

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right