Yığmamızdan növbəti qələbə

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Belçika millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. 

Yaiza Releanın dubl etdiyi oyunda millimizin digər qolunu Aysun Əliyeva vurub.

Yığmamız qrup mərhələsi çərçivəsində sonuncu oyununu sentyabrın 20-də xorvatiyalı həmyaşıdlarına qarşı keçirəcək.

Xatırladaq ki, U-19 ilk oyunda Uelsi 4:1 hesabı ilə məğlub edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right