Fernan Lopes yenidən “Qəbələ”də!

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Newsport.az xəbər veirr ki, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, bu komandada keçirdiyi 22 oyunda 3 qol vurub. “Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right