Azərbayucan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" (Ukrayna) yoxlama oyunu keçirib.
Newsport.az xəbər verir ki, komanda "Oleksandriya" ilə qarşılaşıb. Görüş "Kolos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Nuriyev də bu oyunun iştirakçısı olub. O, qeyri-rəsmi debüt matçında komandasının 2-ci qolunu (penaltidən) vurub.
Qeyd edək ki, Nuriyev "Kolos"a iyulun 7-də transfer olunub.