Azərbaycan millisinin olmadığı siyahı

Qrup mərhələsi başa çatan AVRO-2020-də nəinki penta-trik və ya poker, hətta het-trik də qeydə alınmayıb.

Newsport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmalarına əsasən, Avropa çempionatlarında tarixində 137 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qol vurub.

8 dəfə penta-trik, 23 dəfə poker və 118 dəfə het-trik gerçəkləşib. Bunlardan 129-u seçmə, 8-i final mərhələlərinə təsadüf edib.

İlk belə hadisə 1959-cu il dekabrın 19-da baş verib. Fransalı Jüst Fonten Avstriyaya qənim kəsilib.

Ən sürətli het-trik 44-48-ci dəqiqələrdə fərqlənən türkiyəli Arif Ərdəmə məxsusdur. O, AVRO-2000-də Şimali İrlandiyanı üç dəfə məyus edib.

İrlandiyalı Robbi Kin isə ən erkən het-trikə imza atıb. O, Cəbəllütariqlə AVRO-2016-nın seçmə matçında 18-ci dəqiqəyədək 3 qol vurub.

Het-trikə sevinən yeganə müdafiəçi Kosmin Kontradır. O, Lüksemburqla AVRO-2004-ün seçmə matçında tarixə düşüb.

Polşalı Yanuş Jmievski Avropa çempionatlarında yalnız bir matça çıxıb və həmin görüşdə Belçikaya üç qol vurub.

Bir oyunda 3 və daha çox qol vuran futbolçuların ölkələr üzrə sıralaması da bəllidir. İndiyədək 35 yığmanın futbolçuları bunu bacarıb. Bu ölkələrdən ikisi – ADR və Yuqoslaviya artıq yoxdur. 

Bu, o deməkdir ki, hazırda UEFA üzvü olan 55 ölkədən 33-nün oyunçuları het-trik, poker və ya penta-trikə imza atıb. Bu siyahıda Farer adaları, Litva kimi qeyri-futbol ölkələri olsa da, Azərbaycan yoxdur. Ümumiyyətlə millimizin tarixində het-trik edən olmayıb.

Ən çox het-trik Niderland yığmasının payına düşür. “Narıncılar” 12 belə uğura sevinib.

AVRO-1988-dən başlayaraq AVRO-2004-ə qədər ardıcıl 5 turnirdə ən azı bir niderlandlı eyni görüşdə minimum üç qol vurub. 5 çempionatı əhatə edən bu seriya rekorddur. Sonradan bu göstəricini Rusiya təkrarlayıb. Şimal qonşularımızın AVRO-2004-dən başlayan seriyası davam etməkdədir və AVRO-2024-də mütləq rekorda çevrilə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right