Millimiz Ukraynaya uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığma ikinci sınağında Ukrayna seçməsi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Millinin Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan ukraynalılar yekunda 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Portuqaliyaya 2:7 hesabı ilə uduzub. Yığma sonuncu matçını sabah Almaniyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right