"Moldova ilə oyunda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq"

Azərbaycan millisinin üzü Namiq Ələsgərov Moldova ilə yoldaşlıq oyunu öncəsi fikirlərini bildirib.

Newsport.az saytının məlumatına görə, AFFA-nın saytına danışan futbolçu bunları deyib:

"Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdü, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdı.Türkiyə güclü rəqibdi, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündü bu oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right