"Neftçi"də daha bir müqavilə

“Neftçi” futbolçusu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.
 

Newsport.az saytının məlumatına görə, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.

2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.

Xatırladaq ki, "Neftçi" bu gün Rəhman Hacıyevlə də müqavilənin uzadıldığını və onun yenidən "Keşlə"yə icarəyə verildiyini də açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right