“Səbail” daha bir legioner gətirir

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
 
Newsport.az xəbər verir ki, “dənizçilər” Şimali Makedoniya millisinin sabiq üzvü Milovan Petroviki heyətinə qatmağa yaxındır.
 
Bu barədə “sportmedia.mk” saytı məlumat yayıb. Xəbərdə, “Səbail”in 30 yaşlı yarımmüdafiəçi ilə razılığa gəldiyi diqqətə çatdırılıb.
 
Petrovik son olaraq ölkəsində “Vardar”da çıxış edib. O, Şimali Makedoniya yığmasında 9 oyun keçirib.
 
“Səbail” bundan əvvəl gürcüstanlı yarımmüdafiəçi Luka İmnadzeni transfer edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right