Qurban Qurbanov: "Bu qədər qol epizodları yarat, axırda da heç-heçə et”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə heç-heçə etdikləri səfər oyununu (1:1) şərh edib.

Newsport.az saytının məlumatına görə, o, matçla bağlı deyib:

"Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right