“Zirə” ilə “Sumqayıt”ın 21-ci matçi

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun matçları keçiriləcək.
 
Newsport.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”la görüşəcək.
 
Dekabrın 20-də baş tutacaq qarşılaşma iki rəqib arasında Premyer Liqada keçirilən 21-ci matç olacaq.
 
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar indiyədək 20 dəfə qarşılaşıb. Bu oyunların yarısında – 10 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapısına 27 qol vuran komanda 19 top buraxıb. “Qartallar” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib. 
 
Komandalar 9-cu dəfə “qartallar”ın meydanında üz-üzə gələcək. Evdə 6 qələbəsi olan “Zirə” 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Son 6 qarşılaşmada qol vuran və xal qazanan zirəlilər top fərqində də öndədirlər – 16:8.
 
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Zirə” - “Sumqayıt” matçı Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right