“Hakim səhvləri qələbəmizin qarşısını aldı” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Hüseynov, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq. İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.

- Alvaro və Arturun gedişi mətbuatda təəccüblə qarşılandı.

- Hər iki futbolçuyla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və yollarımızı ayırdıq.

- İlkin Qırtımovla danışığınız olacaq?

- Danışıq olacaq, komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right