Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son oyun gününə bir görüş keçirilir. "Sabah" öz meydanında "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, daha əvvəl noyabrın 21-nə nəzərdə tutulan oyun qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınmışdı.
23 noyabr
Azərbaycan Premyer Liqası, 10-cu tur
"Sabah" - "Səbail" - 2:1
Qollar: Amadu Diallo, 11 (1:0), Amin Seydiyev, 33 (2:0), Rauf Əliyev, 90+5 (2:1)
Qol: Amadu Diallo, 11, Amin Seydiyev, 33
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena