Dino Ndlovu Çində rekord qırdı

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çində rekorda imza atıb.

Newsport.az "Kickoff" nəşrinə istinadən xəbər verir ki,  o, hazırda çıxış etdiyi "Çjetszyan Qrintaun" klubunun tarixinə düşüb.

Cənubi afrikalı hücumçu Çin təmsilçisin ən çox qol vuran oyunçusu olub.  30 yaşlı oyunçu Superliqaya vəsiqə uğrunda  pley-offda (2:2) "Uhan Çjoer"lə ilk matçda 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da o, Çin klubunda vurduğu qolların sayını 42-yə (65 oyun) çatdırıb. Dino 88 görüşdə 41 dəfə fərqlənən braziliyalı hücumçu Anselmo Ramonun rekordunu qırıb.

Xatırladaq ki,  D. Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən "Çjetszyan Qrintaun"a transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right