Daha iki milli üzvü koronavirusa yoluxub

Təmkin Xəlilzadə və Rahil Məmmədovun millinin düşərgəsində koronavirusa yoluxmasından xbərdarsız.

Newsport.az-ın məlumatına görəhər iki futbolçu yığma ilə birgə Lüksemburqa yola düşməyib və Monteneqro ilə matçdan sonra Xorvatiyada karantinə alınıb.

Təəssüf ki, ölkə futbolunda koronavirusa yoluxma halları bununla yekunlaşmır. Bizdə olan məlumata görə, milli komandanın daha iki üzvü xəstəliyə yoluxub.

Onlardan biri Bəhlul Musatafazadədi. Onun yığmadan kənarda qalması zədə səbəbindən son görüşləri buraxmasından əlavə, həm də bu məqamla əlaqədardı. Koronavirusa yoluxan digər futbolçunun kimliyini dəqiqləşdirə bilməsək də, onun da hazırkı heyətdə yer almamasının səbəbi xəstəliyə düçar olmasıdı.

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right