"Səbail" komandasına qoşulmağımdan çox məmnunam. İnanıram ki, komanda ilə birlikdə bizi möhtəşəm oyunlar gözləyir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani klubun mətbuat xidmətinə açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçdikdən sonra komanda haqqında təəsüratlarını bölüşüb:
“Klub rəsmiləri və futbolçular məni çox yaxşı qarşıladılar, bunun üçün hərkəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, biz birlikdə yüksək nailiyyətlərə imza ata bilərik. Mənim üçün bu yeni çağırışdır və mən inanıram ki, hər şey yaxşı olacaq!"