Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, C liqasının I qrupunda mübarizə aparan komanda V turda Monteneqro ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Bununla da, millimiz qrupu ilk iki pillədə bitirmək şansını itirib. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 5 xalla 3-cüdü.
Qrupun digər oyununda Lüksemburqla Kipr üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn kiprlilər millimizlə xal fərqini 1-ə endirib. Monteneqronun 11, Lüksemburqun 10 xalı var.
Millətlər Liqası, 5-ci tur
21:00. Azərbaycan – Monteneqro - 0:0
Qırmızı vərəqə: İvanoviç, 45+1 (ikinci sarı vərəqə, Monteneqro)
Hakimlər: Sergey İvanov, Roman Usaçev, Valeri Dançenko, Kirill Levnikov
Zapreşiç (Xorvatiya). İvan Laylak-İviç stadionu
21:00 Kipr - Lüksemburq - 2:1
Qollar: Kousoulos, 5-avtoqol (0:1), Kastanos, 34 (1:1), 71 (2:1)
Qırmızı vərəqə: Qerson, 33 (Lüksemburq)