Azərbaycan Premyer Liqasının 9-cu turunda bir qədər əvvəl başa çatan “Sabah” – “Zirə” oyununun sonunda maraqlı olay yaşanıb.
Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin qapıçısı Mateus Albino matçın 90+1-ci dəqiqəsində vaxtı uzatdığına görə ikinci sarı vərəqə ilə meydandan qovulub.
“Zirə”nin əvəzləmə limiti bitdiyindən qapıda komandanın hücumameyilli yarımmüdafiəçisi Ruslan Qurbanov dayanıb. O, bir epizodda rəqibin başla zərbəsini də dəf edib.
Xatırladaq ki, görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.