"Keşlə" və "Səbail"dən qələbə Yenilənib

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib. Açılış oyununda "Keşlə" doğma meydanda "Qəbələ"ni qəbul edib. Oyun ev sahibinin 3:1 hesablı qələbəsilə başa çatıb.

Günün digər qarşılaşması lider "Sumqayıt"la "Səbail" arasında oynanıb. Bayılda meydan sahibi 3 xalı qazanan tərəf olub - 2:1.

Azərbaycan Premyer Liqası, 9-cu tur


7 noyabr

 

16:00. “Səbail” – “Sumqayıt” 2:1
Qol: 
Rauf Əliyev, 42 (1:0), Adil Nağıyev, 77 (2:0), Rəhim Sadıxov, 84 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
“ASCO Arena”

14:00. “Keşlə” – “Qəbələ” 3:1
Qol:
 Nikolas Raysel, 32 (0:1), Sezar Meza Kolli, 41 (1:1), Asif Məmmədov, 75 (2:1), Silvio Rodriqes, 90+1 (3:1)   
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
“ASK Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right