Azərbaycan yığmasının Sloveniya ilə yoldaşlıq, UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə oyunlar üçün açıqlanan heyətində yeni futbolçular yer alıb.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın hücumçusu Musa Qurbanlı, "Neftçi"nin müdafiəçisi Mert Çelik və "Sumqayıt"dan Xəyal Nəcəfov ilk dəfə yığmaya çağırılıblar.
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.