Kəmaləddin Heydərovdan "Qəbələ"yə yaşıl işıq – Klub prezidentinə görə

Yeni ildən başlayaraq, «Qəbələ»nin maliyyə vəziyyəti yaxşılaşa bilər.

Newsport.az-ın məlumatına görəFövqaladə hallar naziri Kəmaləddin Heydərov oğlu Tale Heydərovun sahibi olduğu kluba dəstək veriliməsini tapşırıb.

Bu, «qırmızı-qaralar»ın prezidenti Fariz Nəcəfova jestdir. Onun könüllü olaraq Azərbaycan Ordusuna yazılmasını və ön cəbhədə ermənilərə qarşı vuruşmasınıı öyrənən K.Heydərov, təbii ki, müsbət mənada təsirlənib.

Bunu «Qəbələ» camiəsinin dövlətə dəstəyi kimi qyimətləndirən nazir öz növbəsində yaxın ətrafından klubun problemlərini araşdırılmasını istəyib və köməklik göstərilməsinə göstəriş verib..

Bölgə təmsilçisi bu mövsümdən AFFA-nın maliyyə yardımı ilə fəaliyyət göstərir. Federasiya Premyer Liqadanın yeganə region üzvünə 1,5 milyon manat ayırıb. Bu vəsait aybaay «qırmızı-qaralar»ın hesabırna köçürülür.

Tale Heydərovun «Qəbələ»yə ödədəyi məbləğ isə xeyli azdır. «Gilan Holdinq» və ona daxil olan şirkətlər klubla maddi bağlantısını tamamilə minimuma endirib.

SPORTİNFO.AZ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right