Riçard Almeyda rəsmən "Zirə"də

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi Riçard Almeydayla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right