Millimiz FIFA reytinqində gerilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması öncəki siyahı ilə müqayisədə 2 pillə geriləyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1175 xalla 114-cü pillədə qərarlaşıb. 2 xal itirən yığmamızı Niger və Tailand geridə qoyub.

Bu geriləməyə koomandanın Millətlər Liqasının C liqasın Monteneqroya 0:2 uduzması, Kiprlə qolsuz heç-heçə etməsi səbəb olub.

İlk üç pillədə dəyişiklik olmayıb. Belçika (1765) 1-ci, Fransa (1752) 2-ci və Braziliya (1725) 3-cü pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right