"Neftçi"nin istədiyi futbolçu qərarını verdi

“Neftçi”nin maraq dairəsində olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynov gələcək karyerası ilə bağlı qərarını verib.
 

Newsport.az-ın məlumatına görə,  28 yaşlı futbolçu ölkəsində qalacaq.

“Levski” (Sofiya) klubu ilə müqaviləsi başa çatan oyunçu klubu ilə sözləşməni yeniləyib. O, mövsümün sonuna qədər Sofiya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Martin Raynov ötən ilin əvvəlindən “Levski”də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right