"Qarabağ"ın oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

 

Newsport.az PFL-ə istinadla xəbər verir ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını  istəyib.

 

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan  Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

 

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right