Kipr - Azərbaycan: təyinatlar açıqlandı

Millətlər Liqasının 2-ci turunda keçiriləcək Kipr- Azərbaycan oyununun hakimləri müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi slovakiyalı Filip Qlova olacaq. Ona yerliləri Peter Bednar və Frantişek Ferents kömək edəcək. Dördüncü hakimi funksiyasını Boris Marhefka yerinə yetirəcək.

 

Hakim-inspektor Andreas Şluxter (İsveçrə), UEFA nümayəndəsi isə Mirsini Psarropoulou (Yunanıstan) olacaq.

 

Nikoasiyadakı GSP stadionunda keçiriləcək Kipr – Azərbaycan oyunu sentyabrın 8-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right