"Qarabağ" "Milan"a çatdı

Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, Çempionlar Liqasındakı tək təmsilçisimiz “Qarabağ” sıyahıda irəliləyib.

Ağdam klubu dünən Moldovanın “Şerif” komandasına qarşı 2:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz xallarının sayını 20,500-ə çatıdırb.

Bu göstərici ilə “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatan “Qarabağ” onlarla 62-64-cü yerləri bölüşür. Qurban Qurbanovun yetirmələri “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) klublarını arxada qoyub.

Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right