"Keşlə" Avroliqada mübarizəni dayandırdı Yenilənib

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxacaq. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edəcək.

Bu, rəqiblərin Avroliqada ikinci duelidir. 2015-2016 mövsümündə - Bakı təmsilçisi "İnter" adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırıb. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə edib və "İnter" səfər qolu sayəsində mərhələ adlayıb.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi


21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (Penaltilər seriyası - 4:5)
Qırmızı vərəqə:
 De Oliviera, 72 ("Laçi"), Şəhriyar Əliyev, 112 ("Keşlə")
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

Penaltilər seriyası

"Laçi":   + + + + +
"Keşlə": + + + + -





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right