"Sileks"in baş məşqçisi Qoran Simov Şimali Makedoniya çempionatının II turunda "Pelister"lə ev oyunundan sonra (2:2) mətbuat konfransı keçirib. Newsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis rəqibin istədiyinə çatdığını bildirib:
“Qonaqların erkən qol vurması işimizi çətinləşdirdi. Oyuna nəzarət etsək də, çox qol şansımız olmadı. Rəqib bura bura 1 xal dalınca gəlmişdi, istəyinə çatdı. İndi Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacağıq. Açığı, bu vacib görüş öncəsi komandanın oyunundan razı qalmadım".
Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.