Yovan Krnetanın yeni klubu müəyyənləşdi Serbiyaya qayıtdı

"Zirə"dən ayrılan Yovan Krnetanın yeni klubu məlumdur.

 

Newsport.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 28 yaşlı futbolçu Super Liqa təmsilçisi "İndjiya" klubu ilə bir illik müqavilə imzalayıb.

 

Krneta 2015-2018-ci illərdə də "Zirə"də çıxış etmişdi. "Partizan"ın yetirməsi bu ilin qış fasiləsində "qartallar"la mövsümün sonuna qədər müqavilə imzalamışdı. Krneta 5 ildən sonra yenidən karyerasını Serbiyada davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right