“Çox pis oynadıq” – Petrakov

"Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu". 

Newsport.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Oleksandr Petrakov yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Petrakov Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələcəklərinə ümid etdiyini bildirib: "Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdir. Bir qol vurmaq üçün ən azı 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdır. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələ biləcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right