İngiltərənin “Hall Siti” klubu heyətini yeni futbolçularla gücləndirib.
Newsport.az-ın məlumatına görə, TV8-in rəhbəri Acun Ilıcalının sahibi olduğu klub “Fənərbaxça”dan icarəyə götürdüyü Allahyar Sayyadmaneşin transfer hüquqlarını alıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İrandan olan 21 yaşlı futbolçu ilə İngiltərə klubu arasında 4 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Allahyar Sayyadmaneş “Fənərbaxça”ya 2019-cu ilin yayında İranın “İstiqlal” klubundan transfer olunmuşdu. Futbolçu geridə qalan mövsümün ikinci dövrəsini məhz “Hall Siti”də icarədə keçirmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub. İran millisinin də üzvü olan futbolçu İstanbul təmsilçisində cəmi 3 matça çıxıb.
“Fənərbaxça” daha öncə Ozan Tufanı da “Hall Siti”yə satmışdı.
“Hall Siti” “Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Jan Mişel Serini də transfer edib. Çempionşip təmsilçisi 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. 2018-ci ildən “Fulhem”də çıxış edən yarımmüdafiəçi, 2019/20 mövsümündə “Qalatasaray”da icarədə oynamışdı.