“Real”ın futbolçusu “Fiorentina”ya keçdi

İtaliyanın “Fiorentina” klubu Madrid “Real”ının futbolçusu Luka Yoviçi transfer edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

Serb hücumçu ilə 2+2 illik müqavilə imzalanıb. Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq. Transferin məbləği açıqlanmayıb. “Real” 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.

Qeyd edək ki, Yoviç 2019-cu ilin yayında “Ayntraxt”dan “Real”a transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right