Neymar "Milan"ın hədəfində

"Milan" PSJ-nin hücumçusu Neymarı heyətinə qatmaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. "Milan" 30 yaşlı hücumçu üçün Paris təmsilçisinə təklif göndərməyə hazırlaşır.Klub hesab edir ki, belə bir transfer "Milan"ın yenidən yüksək səviyyəyə qayıtması ilə bağlı dünya futboluna mesaj olacaq.

"Milan"ın Neymarın bütün maaşını ödəmək imkanı yoxdur. Lkin İtaliya klubu transfer etmək üçün PSJ-nin güzəştə getməsini gözləyir. "Milan" braziliyalıya ildə 15-20 milyon avro ödəyə biləcəklərinə inanır.

Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right